Fransada avtobus və qatarın toqquşması nəticəsində ölən və ya yaralanan 10-dan çox uşağın şəxsiyyəti hələ də, məlum deyil.
Bu barədə yerli prokurorluğa istinadən BFMTV telekanalı məlumat yayıb.
Perpinyan prokuroru Jan-Jak Fanyinin sözlərinə görə, ölən dörd uşağın meyiti tanınmayıb, həmçinin ağır xəsarət alan 7-sinin şəxsiyyəti müəyyən edilməyib.
Zərərçəkənlərdən ən kiçiyinin 8 yaşı olub, böyüyünün isə 15.
Dekabrın 14-də TER regional qatarı Milla kommunasının keçidində avtobusu vurub. İlkin məlumata görə, 10 nəfər xəsarət alıb, 4 nəfər ölüb.