Avtoreyd.Az Hadisə Qatil bir gündə iki nəfəri metroda relslər üzərinə itələyib. (Video)

Qatil bir gündə iki nəfəri metroda relslər üzərinə itələyib. (Video)


Qurbanlardan biri sağ qalsa da, digəri qatarın altında həlak olub.

Avtoreyd.az bildirir ki, Buxarestdən olan 36 yaşlı Maqdalena Şerban 25 yaşlı qızın qətlində  ittiham olunur. Belə ki, 36 yaşlı qadın Dristor 1 stansiyasında qurbanını metro relsləri üzərinə ataraq, ona platformaya qalxmağa imkan verməyib.

Polis baş verənləri əvvəlcə intihar hadisəsi hesab etsə də, sonra müşahidə kameralarının qeydə aldıqlarını tədqiq ediblər.

Kadrlardakı şəxsin Maqdalena Şerban olduğu müəyyənləşib.

O da məlum olub ki, həmin gün 36 yaşlı qadın metroda digər qızı da relslər üzərinə itələyib. Amma onun birinci qurbanı sağ qalıb. Maqdalena Şerban bu hərəkətlərini izah etməkdən imtina edib.

O, qətldə və ölümə qəsddə ittiham olunaraq, məhkəməni dəmir barmaqlıqlar arxasında gözləməli olacaq.

Related Post