Avtoreyd.Az Avtoxəbər Tezliklə səmaya uçan avtomobil qalxacaq (Video)

Tezliklə səmaya uçan avtomobil qalxacaq (Video)


Avtoreyd.az bildirir ki, Amerikanın Samson startapı 120-140 min dollar dəyərində olan yeni uçuş aparatının sınaqlarına hazırlaşır.

İkinəfərlik Switchblade sökülməsi mümkün olan açılıb-yığılan qanad və quyruqla təchiz olunub. Bundan başqa maşın adi yollar üçün də istifadəyə yararlı olacaq. Şirkətdən bildiriblər ki, uçuş üçün maşına 335 metrlik, eniş üçün isə 488 metrlik zolaq tələb olunur.

Uçan avtomobil istər yerdə, istərsə də havada saatda 160 km-ə qədər sürət artırmağa imkan verən 190 at gücünə bərabər 1,6 litrlik motorla çalışır. Switchblade-nin avadanlıq siyahısına arxa müşahidə kamerası, audiosistem, rəqəmsal cihaz və dəri salon daxildir.

Yerüstü rejimdə avtomobilin uzunluğu 5,1 metr, eni isə 1,8 metr təşkil edir. Uçuşa hazırlıqdan sonra aparatın uzunluğu 6,1 metrə qədər böyüyür, qanadlarının eni isə 8,2 metr təşkil edir. Switchblade-nin çəkisi 794 kiloqramdır.

Çox güman ki, belə aparatı idarə etmək üçün adi sürücü vəsiqəsi kifayət etməyəcək. Gələcəyin avtomobilinin sürücüləri xüsusi lisenziya  almalı olacaq.

http://www.youtube.com/watch?v=Rgtr5_jU-WY

Related Post