Avtoreyd.Az Hadisə Cəlilabadda 35 yaşlı piyadanı maşın vurdu – Vəziyyəti ağırdır

Cəlilabadda 35 yaşlı piyadanı maşın vurdu – Vəziyyəti ağırdır


Cəlilabad rayonunda 35 yaşlı piyadanı avtomobil vurub.

AvtoReyd.Az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Cəlilabad-Uzuntəpə avtomobil yolunda qeydə alınıb.

Belə ki, rayonun Şorbaçı kənd sakini, 35 yaşlı Samir Ədalət oğlu Mirzəyevi yolu keçmək istəyən zaman “VAZ-21011” markalı avtomobil vurub. Ağır yaralanan piyada Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin ayaqlarından birinin amputasiya olunması gözlənilir.

Faktla bağlı araşdırma aparılır. (report)

Related Post

Paytaxtda vəzifəli şəxsin oğlu “qırmızı işıq”dan keçərək qəza törədib, ağır yaralanan var (Video+Foto)Paytaxtda vəzifəli şəxsin oğlu “qırmızı işıq”dan keçərək qəza törədib, ağır yaralanan var (Video+Foto)

Bakının Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən sürücü qəza törədib. AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, “10-LJ-600” dövlət qeydiyyat nişanlı BMW markalı avtomobili idarə edən 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət