Avtoreyd.Az Gündəm Vətəndaşlara elektron xidmətlərdən istifadə qaydaları öyrədiləcək

Vətəndaşlara elektron xidmətlərdən istifadə qaydaları öyrədiləcək


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “ASAN xidmət”lə elektron hökumət sahəsində əməkdaşlığa başlayır.

Trend-in məlumatına görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

E.Vəlizadə bildirib ki, əməkdaşlıq çərçivəsində “ASAN xidmət” mərkəzlərində xüsusi e-hökumət guşələrinin yaradılması nəzərdə tutulur. Burada kompüterlər qoyulacaq ki, onların köməyi ilə vətəndaşlara elektron xidmətlərdən istifadə qaydaları öyrədiləcək.

Nazir müavini əlavə edib ki, “ASAN xidmət”lə əməkdaşlığa artıq başlanıb: “Güman edirəm ki, yaxın vaxtlarda birgə əməkdaşlığımız çərçivəsində təqdimat keçirə biləcəyik”.

Related Post

Körpüdə təmir işləri ilə əlaqədar hərəkət qismən məhdudlaşdırılırKörpüdə təmir işləri ilə əlaqədar hərəkət qismən məhdudlaşdırılır

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə,Pirşağı qəsəbəsinin girişində yerləşən və dəmir yolu üzərindən keçən avtomobil körpüsündə sabah (05.07.2017) səhər saatlarından etibarən asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq təmir işlərinə başlanılacaq.