Avtoreyd.az bildirir ki, Parisin ən məşhur görməli yerlərindən biri bayram işıqlarına bürünüb.
Qüllənin birinci mərtəbəsində turistlərin əhval-ruhiyyəsinə rəng qatmaq üçün pinqvin fiqurları yerləşdirilib və yeni il küknarları qurulub.
Qeyd edək ki, hər il Eyfel qülləsini bütün dünyadan 7 milyon turist ziyarət edir. Dekorasiyalara turistlər fevralın ortasına qədər tamaşa edə biləcəklər.