AvtoReyd.Az məlumat verir ki,San-Pauloda keçirilən 500 mil üzrə Qranja Viana yarışmasında, 2008-ci ilin Formula-1 yarışının dünya üzrə vitse-çempionu, braziliyalı yarışmaçı Felipe Massanın komandası diskvalifikasiya edilib. Buna səbəb yarışmaçılar Rodriqo Dantas və Tuka Roka arasında baş verən insident olub. Belə ki, finiş xəttinə 18 dairə qalmış yarışmaçılar bir-biri ilə toqquşub, və onlardan heç biri yarışa davam edə bilməyib. Yarış avtomobillərini tərk etdikdən sonra, onların arasında dava başlayıb. Dantas Rokanı yerə yıxaraq, boğmağa başlayıb. Dalaşanları yalnız yarışmanın marşallar briqadası ayıra bilib. Yekunda hər iki komanda diskvalifikasiya olunub. Qələbəni isə Formula-1 yarışının daha bir keçmiş pilotu Rubens Barrikellonun kollektivi qazanıb.
Avtomobil yarışında bir iştirakçı digərini az qalıb ki, boğub öldürsün (Video)
Related Post
46 nömrəli marşrut üzrə yeni avtobuslar istismara verilir46 nömrəli marşrut üzrə yeni avtobuslar istismara verilir
Paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bakı Nəqliyyat Agentliyi tərəfindən yaradılan düzgün və şəffaf iş sistemi nəticəsində ötən dövrdə daşıyıcılar tərəfindən 200 ədədə yaxın müasir avtobus gətirilərək
Hacıqabulda 8 kəndin yolu yenidən qurulurHacıqabulda 8 kəndin yolu yenidən qurulur
Hacıqabul rayonunun Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən tikinti işlərinə start verilib. Yolun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Xırdalan-Binəqədi-Balaxanı yolunun tikintisinə 5,3 milyon manat ayrıldıXırdalan-Binəqədi-Balaxanı yolunun tikintisinə 5,3 milyon manat ayrıldı
Prezident İlham Əliyev Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla 188 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan