Avtoreyd.Az Hadisə Bakıda yanacaqdoldurma məntəqəsinə basqın olub

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın olub


Bakıda yanacaqdoldurma məntəqəsinə basqın olub.

AvtoReyd.Az APA-ya istinadən verdiyi məlumata görə, paytaxtın Xətai rayonu, Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin istirahət otağına daxil olan naməlum şəxslər orada işləyən Mehman Cabbarovu bıçaqla hədələyərək pul tələb ediblər.

M. Cabbarov üzərində olan 552 manat pulu onlara verdikdən sonra naməlum şəxslər yanacaqdoldurma məntəqəsini tərk ediblər.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sərxan Mailli və Niyaməddin Mustafayev tutulublar.

Related Post

Lənkəranda avtomobilin vurduğu gənc velosipedçi dünyasını dəyişib (FOTO)Lənkəranda avtomobilin vurduğu gənc velosipedçi dünyasını dəyişib (FOTO)

Axşam saatlarında Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük kəndi ərazisindən keçən hissəsində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.AvtoReyd.Az“Report”un Cənub bürosunun verdiyi xəbərə istinadən bildirir ki, “42-BP-277” dövlətqeydiyyat nişanlı “Volkswagen”

Mingəçevirdə “VAZ-2107” elektrik dirəyinə çırpılıb: xəsarət alanlar varMingəçevirdə “VAZ-2107” elektrik dirəyinə çırpılıb: xəsarət alanlar var

Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AvtoReyd.Az “Report”istinadən xəbər verir ki, hadisə N. Nərimanov küçəsində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinə idarəetməni