18 yaşlı fransalı Pablo Sinyore, 26 dəqiqə ərzində gözü bağlı şəkildə 422,82 metr hündürlükdə, Çinin Yunnan əyalətində iki dağın arasında yerləşən, Şi Mi Yuan vadisinin üzərində çəkilən ip üstündən keçməklə, Ginnessin rekordları kitabına düşüb.AvtoReyd.Az-ın məlumatına görə,“Balaca” ləqəbli Pablo Sinyore 2017-ci ildə keçirilən Highline Challenge beynəlxalq müsabiqəsində iştirak edən çoxsaylı idmançılardan biridir. Qeyd edək ki, Pablo Sinyore bir müddət əvvəl Fransanın cənubunda yerləşən Navasel vadisi üzərində əz uzunmüddətli gəzintiyə görə dünya rekorduna imza atıb.