Avtoreyd.Az Maraqlı “Əbədi şəhərin” 50 min avroluq yolkası insanların gülüşünə səbəb olub (Video)

“Əbədi şəhərin” 50 min avroluq yolkası insanların gülüşünə səbəb olub (Video)


Avtoreyd.az bildirir ki, şəhər büdcəsinə 50 min avroya başa gələn Romanın əsas küknarı, quraşdırıldıqdan iki həftə sonra “keçəlləşib”.

Romalılar Venesiya meydanında qurulan 20 metrlik küknara qarşı fəal şəkildə etiraz edirlər. Romanın əsas milad ağacını, bir çox paytaxt sakinləri pinti görkəminə görə “Əbədi şəhərin” tənəzzülünün əlaməti hesab edirlər. Paytaxt sakinləri küknara Spelacchio ləqəbi veriblər,yəni “daz,soyulmuş” və sosial şəbəkədə onu fəal müzakirə edirlər.

Şəhər sakinləri hətta twitter-də Spelacchio üçün hesab belə açıblar.

Ən sərt istifadəçilər Venesiya meydanındakı küknarı tualet təmizləyən fırça ilə müqayisə ediblər.

Hətta Roma papası Fransısk belə, Venesiya meydanında bu ilin dekabrında qurulmuş ağac haqqında narazılıq ifadə edib. Qeyd etmək lazımdır ki, Vatikandakı küknar daha yaraşıqlı görünür.

Xatırladaq ki, Avstriya ilə 700 kilometrlik sərhəddəki Alp meşələrindən gətirilən ağac, İtaliya paytaxtının büdcəsinə 50 min avroya başa gəlib.

Related Post