Avtoreyd.Az Avtoxəbər Adolf Hitlerin “Mersedesi” hərraca çıxarılacaq (Video)

Adolf Hitlerin “Mersedesi” hərraca çıxarılacaq (Video)


Avtoreyd.az bildirir ki, gələn ilin yanvar ayının ortalarında Amerikanın Skotsdeyl şəhərində, 1939-cu ilin oktyabrından 1941-ci ilin mayınadək Adolf Hitlerin istifadəsində olan nadir avtomobil – Mercedes-Benz 770K Grosser Offener Tourenwagen satılışa çıxarılacaq.

30 millimetrlik zirehli ön şüşəyə malik bu nüsxə, Hitlerin zövqünə və onun şəxsi sürücüsü Erix Kempkin tələblərinə uyğun xüsusi olaraq hazırlanıb.

“Offener Tourenwagen” ümumilikdə 203 nüsxədə buraxılıb. Hazırda dünyada yalnız beş belə avtomobil qalıb, onlardan da üçü şəxsi kolleksiyada saxlanılır. Belə maşınlar bir zamanlar Yaponiya imperatoru Xiroxitonun, Norveç kralının, həmçinin diktatorlardan Antoniu di Salazar və Fransisko Frankonun xidmətində olub.

Avtomobil 7,7 litrlik 230 at gücünə bərabər 8 silindrli mühərriklə təchiz edilib.

Hitlerin “Mersedes”i 1945-ci ildə qənimət olaraq, amerikan qoşunlarına çatıb və ABŞ-a göndərilib. Bir neçə dəfə sahibi dəyişən avtomobil, hərraca da çıxarılıb. Belə ki, maşın Las-Veqasdakı “İmperial Palace” kazinosunun kolleksiyasında olub və hətta, Çikaqonun muzeyində də nümayiş edilib.

Hazırda avtomobilin neçəyə satılacağı haqda dəqiq məlumat verilmir. Ancaq o məlumdur ki, əldə edilən məbləğin 10 faizi Holokost mövzusuyla məşğul olan ictimai və maarifləndirici təşkilatların büdcəsinə  köçürüləcək.

http://www.youtube.com/watch?v=kj8MV-rngWg

http://www.youtube.com/watch?v=Drf_7IAUuQQ

Related Post

Alt hissəsi yer səthinə qədər endirilmiş 11 ən məşhur yolsuzluq avtomobili və krossoverAlt hissəsi yer səthinə qədər endirilmiş 11 ən məşhur yolsuzluq avtomobili və krossover

Avtomobillərə edilən ən geniş  yayılmış əlavələrdən  biri də hazırda onların alt hissəsinin endirilməsidir. Müasir tüninq mədəniyyətində  müxtəlif nəqliyyat vasitələrinin, hətta yolsuzluq avtomobillərinin belə alt hissəsinin endirilməsi tendensiyası müşahidə olunur. Hərçənd