Avtoreyd.Az Dörd çarx Azadlıq prospektinin daha bir hissəsi təmir edildi – FOTO

Azadlıq prospektinin daha bir hissəsi təmir edildi – FOTO


Vətəndaşlarımızın rahat gediş-gəlişini təmin etmək istiqamətində “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Binəqədi rayonu, Azadlıq prospektinin Süleyman Sani Axundov küçəsi ilə kəsişməsindən Biləcəri-Baksol yolunadək olan hissəsinin də təmiri işləri görülüb.

Agentliydən AvtoReyd.Az-a verilən məlumata görə,Prospektin sözügedən hissəsinin uzunluğu 1.6 km, ortalama eni isə 20 m-dir. Yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir.

Əsaslı təmir işləri çərçivəsində yolun köhnə-asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Əvəzinə yeni yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Ümumilikdə Azadlıq prospektinin sözügedən hissəsinin 30 min msahəsi asfaltlanıb.

Bundan başqa aparılan işlər zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq, zəruri olan yerlərdə yeni yağış barmaqlıqları qoyulub, yeraltı kommunikasiya xətlərinin  baxış qapaqları yenilənib. 

Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada keçidi zolaqları çəkilib. 

Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla aparılıb. Bunun üçün üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd edək ki, bundan öncə Azadlıq prospektinin Ziya bünyadov prospekti ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan 1.6 km-lik hissəsində təmir-tikinti işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılmışdı. Sözügedən hissədə bütün hərəkət iştirakçıları üçün rahat və təhlükəsiz hərəkət təmin olunaraq, müasir infrastruktur yaradılaraq  vətəndaşların istifadəsinə verilib.

Related Post

Əzilmiş avtomobili necə tanımaq olar? – Maşın almaq istəyənlər üçün mütəxəssis rəyi – VİDEOƏzilmiş avtomobili necə tanımaq olar? – Maşın almaq istəyənlər üçün mütəxəssis rəyi – VİDEO

Avtomobil alıcılarının ən çox diqqət yetirdikləri məqamlardan biri həmin maşının vurulmuş, əzilmiş olmamasıdır. Bunu da maşının sonradan boyanıb-boyanmaması ilə müəyyən edirlər. Bəs aldanmamaq üçün hansı nüanslara fikir vermək lazımdır? Əməkdaşlarımız

Sürücülərin nəzərinə: Bu yollarda müvəqqəti yol nişanlarına diqqət edin.Sürücülərin nəzərinə: Bu yollarda müvəqqəti yol nişanlarına diqqət edin.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinindən AvtoReyd.Az -a verilən məlumata görə,avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-70-ci km-lik hissəsində, həmçinin  Dövlət Bayraq Meydanından Lökbatan dairəsinədək olan ərazidə bu