Avtoreyd.az bildirir ki, Mexikoda yüzlərlə insan səmada, şəhərin üstündən yavaş-yavaş uçan 5 nəhəng ağ kürə müşahidə edib.
Naməlum uçan aparatlar 20 dəqiqə ərzində səssiz şəkildə, Meksika paytaxtının səmasında havadan asılı vəziyyətdə qalıb.
Qeyri-adi ağ kürələr, hadisəni qorxu içində şərh edən yerli sakinlərdən biri tərəfində lentə alınıb.
Meksika KİV-i bildirib ki, insanlar səmadakı UNO-nun hərəkətlərini sanki hipnoz altında müşahidə ediblər.
Şahidlərdən birinin sözlərinə görə, sonradan üçbucaq formasında düzülən obyektlər yox olublar.
Digər şahid isə bildirib ki, kürələr sanki gümüşlə örtülmüş kimi işıq veriblər.