Avtoreyd.az bildirir ki, sosial şəbəkədə yarış şossesi Nürburqrinqdə qəzaya düşmüş avtomobillərin əks olunduğu video yayılıb.
Çarxda trek-günlərdə iştirak edən 30-dan çox maşın göstərilib. Videodakı avtomobillərin yarısından çoxu müxtəlif BMW modelləridir.
Qeyd edək ki, cari ilin noyabrında trek-günlər tarixində ən kütləvi qəzalardan biri baş verib. Hatzenbach adlı döngədə 14 avtomobil toqquşub. Yol-nəqliyyat hadisəsi Porsche 911 GT3 RS-in soyuducu mayesinin sızması nəticəsində baş verib. Qəzada üç nəfər xəsarət alıb.