Avtoreyd.Az Gündəm Rənglənmə işləri ilə əlaqədar yollarda hərəkət qismən məhdudlaşdırılır

Rənglənmə işləri ilə əlaqədar yollarda hərəkət qismən məhdudlaşdırılır


Rənglənmə işləri ilə əlaqədar yollarda hərəkət qismən məhdudlaşdırılır
Qurumun Mətbuat Katibliyindən  AvtoReyd.Az-a verilən məlumata görə,”Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən üfiqi nişanlama xətlərinin çəkilişi işləri ilə əlaqədar olaraq Binəqədi-Mehdiabad avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Məhdudlaşdırma bu gün axşam saatlarınadək qüvvədə olacaq.
Bundan başqa bu gün axşam saat 22:00-dan etibarən Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Binəqədi şosesinədək olan hissəsində, həmçinin Binəqədi şosesində də yolcizgi və yolgöstərici xətlərinin rənglənməsi işləri aparılacaq.
Aparılan işlərlə əlaqədar olaraq sözügedən yollarda hərəkət qismən məhdudlaşdırılacaq. Məhdudlaşdırma səhər saatlarınadək qüvvədə olacaq.
Sürücülərdən qeyd olunan işləri nəzərə alaraq sözügedən istiqamətlərdə diqqətli olmaları və hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri tövsiyə olunur.

Related Post

Prezident Şəmkirdə yol tikintisinə 4,8 milyon manat ayırıbPrezident Şəmkirdə yol tikintisinə 4,8 milyon manat ayırıb

Prezident İlham Əliyev sentyabrın 4-də “Şəmkir rayonunun Şəmkir–Abbaslı–Nərimanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. AvtoReyd.Az xəbər verir ki, yetmiş bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Şəmkir–Abbaslı–Nərimanlı avtomobil