Avtoreyd.Az Dörd çarx DİQQƏT! BABƏK PROSPEKTİNDƏ HƏRƏKT QİSMƏN MƏHDUDLAŞDIRILIR- XƏRİTƏ

DİQQƏT! BABƏK PROSPEKTİNDƏ HƏRƏKT QİSMƏN MƏHDUDLAŞDIRILIR- XƏRİTƏ


DİQQƏT! BABƏK PROSPEKTİNDƏ HƏRƏKT QİSMƏN MƏHDUDLAŞDIRILIR- XƏRİTƏ

Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsindən AvtoReyd.Az-a verilən məlumata görə,Babək prospektində “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq bu gündən etibarən prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqaməti üzrə təqribən 1 km-lik hissədə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır. Həmin istiqamət üzrə hərəkət edən avtonəqliyyat vasitələri müvəqqəti olaraq əks istiqamətə yönəldilir.

Beləliklə əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunur. Bu məqsədlə Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədə yerləşən körpüdən enən kimi, avtonəqliyyat vasitələrinin əks istiqamətə çıxaraq hərəkətlərinə davam etməsi üçün yol ayrıcında xüsusi keçid hissə açılıb.

Sürücülərdən sözügedən hissədə diqqətli olmaları xahiş olunur və imkan daxilində sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Related Post