Avtoreyd.az bildirir ki, amerikalı həvəskar-təcrübəçi 2003-cü il buraxılışı olan BMW 325i-in çəninə bir butulka qazlı içki töküb. Bundan sonra o, yoluna davam etməyə çalışıb, ancaq cihaz lövhəsində tezliklə mühərrikdə problem olduğunu bildirən xəbərdarlıq yazısı görünüb. Avtomobil bir neçə saniyə sonra sönüb və onu işə salmaq mümkün olmayıb.
Videonun sonunda bloger diaqnostikaya görə təqdim edilən 135 dollarlıq hesabı göstərib. Xidmət mərkəzinin əməkdaşları blogera çəni qurutmağı, yanacaq nasosunu və filtri dəyişməyi məsləhət görüblər. Təkcə yanacaq sisteminin təmiri sahibinə 1500 dollara başa gələcək. Mühərriklə bağlı nasazlığın aradan qaldırılması isə daha baha başa gələcək. Qeyd edək ki, maşını amerikalı cəmi min dollara alıb.