AvtoReyd.Az bildirir ki,Çində noyabr ayından Zhidou D3 elektrokarının satışı start götürüb. Çin istehsalı olan elektrik avtomobilini 7500 dollara yəni peşəkar fotokamera qiymətinə almaq mümkündür.
Zhidou D3 – kiçik iki nəfərlik şəhər avtomobilidir, uzunluğu 2975 mm, eni 1585 mm və hündürlüyü 1590 millimetrdir.
Çin elektrokarı 41-güclü mühərrik ilə hərəkətə gətirilir və saatda 100 kilometr sürət yığmağı bacarır. 17,5 kV-lıq litium akkumulyatoru növbəti yükləməyə qədər təxminən 170 kilometr məsafə qət edə bilir.
İnteryerdə – ekranların bolluğu nəzərə çarpır, burada üçünü saymaq olar. Elektromobil kondisioner, arxa görüntülü kamera və 2 ədəd təhlükəsizlik balışı ilə təhciz edilib.