Avtoreyd.Az Dörd çarx DYP reyd keçirib, 50-yə yaxın sürücü cərimələnib – FOTO

DYP reyd keçirib, 50-yə yaxın sürücü cərimələnib – FOTO


Ağdam Dövlət Yol Polisi Bölməsi qayda pozan sürücülərə qarşı reyd keçirib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, reyd zamanı avtomobillərin konstruksiyasında dəyişiklik edərək idarə etdikləri maşınlarını fərqli formaya salan, o cümlədən yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər saxlanılıb. Onlara inzibati protokol tərtib olunub.

Reyd zamanı sürücülük hüququ olmayan, sənədləri yerində olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən, həmçinin cərimələrini ödəməyən sürücülər də aşkarlanıb. Hətta bəzi sürücülər polisin saxla əmrinə məhəl qoymayaraq yollarını dəyişməklə şəhərin müxtəlif küçələrində reyddən yayınmağa çalışıblar.

Ümumiyyətlə, şəhərin müxtəlif hissələrində üç saata yaxın davam edən yoxlamalar zamanı 50-yə yaxın inzibati protokol tərtib olunub və xəbərdarlıq edilib. Avtomobillərin cərimə meydançasına aparılmasına və yazılan cərimələrə etiraz edərək polis əməkdaşları ilə mübahisə edənlər isə yol hərəkəti qaydalarına və inzibati xətalar haqqında qanunlara əməl etmədikləri üçün cərimələniblər.

Related Post

Bakının mərkəzi küçəsində Ermənistan bayrağı ilə “gəzən” avtomobil – FOTOLARBakının mərkəzi küçəsində Ermənistan bayrağı ilə “gəzən” avtomobil – FOTOLAR

Bakının mərkəzi küçəsində üzərində Ermənistan bayrağının rəngləri olan avtomobil görülüb. AvtoReyd.Az metbuat.az-a istinadla bildirir ki, sosial şəbəkə istifadəçilərindən birinin diqqətini çəkən bu görüntü paytaxtın Üzeyir Hacıbəyov küçəsində çəkilib. Sözügedən şəxs bu görüntüləri

Yanvarın 12-dən 38 nömrəli marşrut avtobuslarında gediş haqqı “Bakı Kart” vasitəsilə ödəniləcəkYanvarın 12-dən 38 nömrəli marşrut avtobuslarında gediş haqqı “Bakı Kart” vasitəsilə ödəniləcək

Müntəzəm marşrut xətləri üzrə avtobusların “Bakı Kart” sisteminə inteqrasiyası davam edir. Bu çərçivədə yanvarın 12-dən etibarən 38 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “Bakı Kart” vasitəsilə ödəniləcək.