Avtoreyd.az bildirir ki, Çində iş adamı BMW avtomobili almaq üçün tələb olunan ilkin ödənişi təxminən 11 min dolları, qəpiklərlə ödəyib. Bütün sikkələr eyni nominalda olub. Çinli onları bir neçə il ərzində toplayıb.
Müştərinin evindən bütün qəpikləri avtosalona gətirmək üçün on ədəd böyük karton qutu lazım olub. Avtosalonun əməkdaşları pulu bir neçə saat ərzində əl ilə sayıblar.
Avtomobilin ümumi qiyməti təxminən 61 min dollardır. Qalan 50 mini iş adamının hansı formada ödəmək niyyətində olduğu isə həlilik məlum deyil.