Avtoreyd.Az Gündəm Dünyada ən böyük körpü istismara verilib (Video)

Dünyada ən böyük körpü istismara verilib (Video)


Avtoreyd.az bildirir ki, Çində tikilən körpü, Cənubi-Çin dənizi sahilində yerləşən üç ən böyük şəhəri Honkonq, Çjuxay və Makaonu birləşdirir.

Çjutszyan çayının deltasından keçən körpünün, 6,7 kilometrlik olan sualtı tunel hissəsi də daxil olmaqla, uzunluğu 55 kilometrdir.

Ümumi dəyəri 14 milyard dollardan çox olan körpünün tikintisinə 2009-cu ildə başlanılıb və layihə kifayət qədər mürəkkəb olduğundan, onun istismara verilməsi bir neçə dəfə təxirə salınıb.

İndi Honkonqdan Makaoya avtomobillə 30 dəqiqə ərzində səyahət etmək olar. Müqayisə üçün qeyd edək ki, əvvəllər bu səyahət  ən azı 3 saat ərzində gerçəkləşirdi.

Related Post