Hindistanda test edilən metro qatarında nasazlıq səbəbindən qəza baş verib. Belə ki, əyləci tutmadığı üçün nəzarətdən çıxan sürücüsüz qatar olduğu binanın divarını dağıdaraq, çölə çıxıb.
Metrlərlə irəliləyən qatar, ağaclara çırpılandan sonra dayanıb. Qəza annı müşahidə kameraları tərəfindən qeydə alınıb./faktxəbər