Avtoreyd.Az Hadisə Bakıda “Opel” 623 km/saat sürətlə radara düşdü (FOTO)

Bakıda “Opel” 623 km/saat sürətlə radara düşdü (FOTO)


Bakıda “Opel Vectra” markalı avtomobil 623 km/saat sürətlə radara düşüb.

BAKU.WS-in məlumatına görə, bu barədə sürücüyə göndərilən MMX protokolunda qeyd olunub.

Məlumata görə, “Opel”in sürücüsü Bilgəh-Nardaran-Pirşağı yolunun 2.2 kilometrliyində radara düşüb.

Qeyd olunur ki, sürət həddi 110 km/saat olan yolda “Opel Vectra” markalı maşın 623 km/saatla hərəkət edib.

Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov sürücünü narahat olmamağa çağırdı.

O bildirib ki, sürücüyə göndərilən MMX protokolunda qeyd olunan sürət həddi texniki səhv nəticəsində qeydə alınıb.

“Başa düşülür ki, “Opel Vectra” 623 km/saatla hərəkət edə bilməz. Sadəcə texniki səhv olub. Sürücü narahat olmasın, buna görə cərimələnməyəcək. Mərkəzdə avtomobilin hansı sürətlə hərəkət etdiyi qeyd olunur”, – deyə Vaqif Əsədov bildirdi.

Related Post

Polşada sürət qatarının yük avtomobili ilə toqquşması nəticəsində 18 nəfər xəsarət alıb (foto)Polşada sürət qatarının yük avtomobili ilə toqquşması nəticəsində 18 nəfər xəsarət alıb (foto)

Hadisə zamanı sərnişin qatarında təxminən 300 nəfər olub. Onlardan 200 nəfəri müxtəlif dərəcəli xəsarətlər alıb. Qəza Polşanın cənubunda, Opolsk əyalətinin Ozimek şəhəri yaxınlığında baş verib. Həkimlərin sözlərinə görə,  xəstəxanaya çatdırılan