Avtoreyd.az bildirir ki, Çinin şimalında Hebey əyalətində dünyada yeni ən uzun şüşə körpü istifadəyə verilib.
Təxminən 70 tonluq körpünün uzunluğu 488 metr, eni isə iki metrdir. 218 metr yüksəklikdə salınan körpü, dörd santimer qalınlığında olan 1000-dən çox şüşə paneldən ibarətdir.
Körpünü inşa edən şirkətin nümayəndəsi Yanq Şaobo bildirib ki, şüşə döşəməli körpü eyni anda 3000 insana tab gətirə bilər. Lakin turistlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə körpüdən eyni anda keçmək üçün, ən çox 600 insana icazə veririlir.
Qeyd edək ki, Çində artıq bir neçə şüşə körpü inşa edilib. Misal üçün, ötən il Xunan əyalətindəki Milli parkda 430 metr uzunluğunda şüşə körpü tikilib.