AvtoReyd.Az AZƏRTAC-a istinadla xəbər verir ki, fevralın 28-dən Britaniyada sükan arxasında mobil telefondan istifadə edən sürücülərin cəzası daha da sərtləşdirilmişdir.
Cərimənin minimum məbləği iki dəfə artırılaraq, 30 funtdan 60 funta çatdırılmışdır. Mobil telefondan avtobus və ya yük avtomobilinin sürücüsü istifadə etdikdə, cərimənin məbləği 2,5 min funtadək artırılır.
Ancaq məsələ təkcə pulda deyildir. Mobil telefonla danışığa görə sürücülərin vəsiqəsinə üç cərimə xalı yazılır. İki il ərzində 6 cərimə xalına görə isə sürücülük hüququ ləğv edilir və cərimələnən vəsiqə almaq üçün təzədən sürücülük məktəbini bitirməli olur.
Britaniya Avtomobil Yolları İdarəsi xatırladır ki, 2005-ci ildə sükan arxasında mobil telefonla danışma 13 nəfərin həlak olması ilə nəticələnmişdir. Sükan arxasında mobil telefondan istifadəyə görə 77 min britaniyalı cərimə olunmuşdur.