Avtoreyd.Az Dörd çarx Taksi əvəzinə yarış bolidi Şkoda Fabia R5-ə əyləşən sərnişinlər, şok yaşayıb (Video)

Taksi əvəzinə yarış bolidi Şkoda Fabia R5-ə əyləşən sərnişinlər, şok yaşayıb (Video)


Ralli üzrə Avropa çempionu Yan Kopetski, taksi dayanacaqlarında duran, heç nədən xəbərsiz insanları avtomobilə əyləşdirərək, Praqa şəhərində dövrə vurub.

AvtoReyd.Azın məlumatına görə, Çexiya paytaxtında qeyri-adi aksiyanı, “Şkoda” avtomobil şirkəti təşkil edib.

Sürücü qismində isə Avropa və Çexiyanın beşqat çempionu çıxış edib. İnsanlar özləri də bilmədən, yarış bolidi Şkoda Fabia R5-ə əyləşiblər.

23 sərnişinin hər biri özünü, həm də şturman rolunda hiss edib. Sərnişinlər hətta, onlara sürücülük edən Kopetski üçün əfsanə də oxumalı olublar.

Praqa küçələrindəki bu maraqlı gəzinti, Avropa çempionunun özünün də xoşuna gəlib.

Related Post

Quba-Xaçmaz yolunda təmir-bərpa işləri yaxın müddətdə yekunlaşacaq – VİDEO / FOTOQuba-Xaçmaz yolunda təmir-bərpa işləri yaxın müddətdə yekunlaşacaq – VİDEO / FOTO

Dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən “Azəravtoyol” ASC avtonəqliyyat vasitələrinin və vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində apardığı kompleks tədbirlər çərçivəsində uzun müddət istismar olunan və əsaslı şəkildə təmir olunmayan