Rusiyanın Xantı-Mansiy muxtar dairəsində baş verən yol-nəqliyyat qəzası nəticəsində 4-ü uşaq olmaqla 10 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatı yerli fövqəladə hallar idarəsi yayıb.
İnformasiyaya əsasən, Xantı-Mansiy – Sovetsk avtomobil yolunun 158-ci km-liyində iki minik maşını toqquşub.
İlkin məlumata əsasən, 10 nəfər, o cümlədən 4 uşaq ölüb.
Qəzanın baş verməsinə səbəb olaraq, sürücülərdən birinin idarəetməni itirməsi göstərilir.