Avtoreyd.Az Avtoxəbər 47 ilin avtomobilini müasir formada yığdırdı – 50 min manat təklif etsələr də satmadı – VİDEO

47 ilin avtomobilini müasir formada yığdırdı – 50 min manat təklif etsələr də satmadı – VİDEO


Paytaxt sakini 47 ilin Qaz-24 avtomobilini müasir formada yığdırıb. Maşının salonu tam dəyişdirilsə də, mühərrik və əsas ehtiyat hissələrinə toxunulmayıb. Bu avtomobilə sahib olmaq üçün hətta, 50 min manatında keçməyə razı olan şəxslər olsa da, sahibi maşını satmır ki satmır.

47 ilin avtomobilini müasir formada yığdırdı… 50 min manat təklif etsələr də satmadı.

Paytaxt sakini Ülvi Babayev babasından yadigar qalan Qaz-24 markalı minik avtomobilini rekonstruksiya edərək bu cür maraqlı görkəmə saldırıb.

Sahibi avtomobilin 1971-ci ildə istehsal edildiyini, elə həmin ildən də babasında olduğunu deyir.

Ülvi Babayev avtomobili yeni görkəmə salmaq üçün 15 min manata yaxın xərc çəkdiyini, təmirn də 6 aya başa gəldiyini bildirir. Maşının salonu tam dəyişdirilib və müasir formada yığılıb. Mühərrik və əsas ehtiyat hissələrinə isə toxunulmayıb.

Ülvi Babayev deyir ki, avtomobili satmaq fikri yoxdur.

Sahibi bildirir ki, yeni görkəmdə olan Qaz-24 görənlərin diqqətini çəkir.

O gələcəkdə də avtomobilin üzərində bir sıra dəyişikliklər etmək niyyətindədir.

Related Post

Apple şirkətinə pilotsuz uçan avtomobilləri sınaqdan keçirməyə icazə verilibApple şirkətinə pilotsuz uçan avtomobilləri sınaqdan keçirməyə icazə verilib

ABŞ-ın Kaliforniya ştatının hakimiyyəti Apple şirkətinə pilotsuz uçan avtomobilləri sınaqdan keçirməyə icazə verib. AvtoReyd.Az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə Kaliforniyanın Nəqliyyat vasitələri departamentinin saytında məlumat yerləşdirilib. Saytda aprelin