Belorusiyanın Qomel şəhərində sirk tamaşası zamanı Moskva truppasının gimnastı akrobatik tryuk zamanı yıxılıb.
Baş verənlərin görüntüsü sosial şəbəkələrdə paylaşılıb.
Gimnastlar fenomenal tryukları 9 mərtəbəli bina hündürlüyündə yerinə yetirirdi. 20 yaşlı qız təhlükəsizlik torunun kənarındakı manejə yıxılıb.
Zərərçəkən baş-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər./faktxəbər