Dünyada ilk dəfə “3D” texnologiyası ilə hazırlanmış avtobus dayanacaqları təqdim olunub.

AvtoReyd.Az xəbər verir ki, sözügedən dayanacaqlar Çində təqdim edilib. Nəqliyyat sistemi olduqca sıx olan Çində yeni hazırlanan maraqlı “3D” printerdə çap edilmiş dayanacaqlardan artıq 2-si istifadəyə verilib.

//report

Dayanacaqlar “WinSun Construction” şirkəti tərəfindən hazırlanıb. Bu günə qədər Niderlandda “3D” texnologiyası ilə çap edilmiş ilk velosiped körpüsü istifadəyə verilmişdir. Bundan sonra isə dünyada ilk dəfə “3D” printerdə çap edilmiş ilk avtobus dayanacağı təqdim edilib.

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.