Avtoreyd.Az Avtoxəbər Azərbaycanlı gənc yeni avtomobil dizaynı hazırlayıb – VİDEO

Azərbaycanlı gənc yeni avtomobil dizaynı hazırlayıb – VİDEO


Azərbaycanlı gənc yeni avtomobil dizaynı hazırlayıb.

Xezerxeber.az-ın məlumatına görə, ekonom sinifə aid olan maşın maraqlı görünüşü ilə seçilir.

Maksiaml sürəti saatda 200 kilometr planlaşdırılan avtomobilin dizaynını Ramil Nəcəfov 4 aya hazırlayıb. “Sahil” adı verilən avtomobilin dörd nəfərlik və beş qapılı olması nəzərdə tutulub.

Dam boyu panoram luku olan avtomobilin mühərrikinin həcmi 1,3 litr nəzərdə tutulub. Həm elektrik, həm də benzinlə işləyə bilər. Hələlik avtomobilin ancaq qarafik dizaynı hazırdır. Dəstək olarsa, dizaner avtomobilin istehsalını da nəzərdə tutur.

Ramil Nəcəfov təhsilini artırıb yeni modellər üzərində işləməyi düşünür. Ramilin sözlərinə görə, Avropa avtomobil istehsalçılarının belə nümunələrə xüsusi marağı var.

Ramil Nəcəfov “Sahil” modeli ilə yanaşı bir-birindən fərqli onlarla avtomobil dizaynının müəllifidir. O ilk dəfə BMV modelinin yeni dizaynını hazırlayıb. Alman konserninin nümayəndələri də azərbaycanlı dizaynerin eskizlərini bəyəniblər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Related Post