Bakıda qoca kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report” xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.
Belə ki, Nobel prospektində yolu keçmək istəyən 1946-ci il təvəllüdlü Məmmədov Bahadur Qulamhüseyn oğlunu Rusiya dövlət qeydiyyat nişanlı, “Nissan” markalı minik avtomobili vurub. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.