Keçmiş zamanlarda insanlar yollarını ulduzlara görə müəyyən edirdilər. İndi hər şey daha rahatdır: Sadəcə telefonu çıxarmaq, hər hansı bir brauzerdə «xəritə» bölməsinə girmək və uyğun ünvanı işarələmək kifayətdir. Yaxud avtomobilə naviqator quraşdırmaq, hətta «ağıllı saatlara» baxmaq olar. Bir sözlə, ünvanı müəyyənləşdirməyin yolları çoxdur. Bəs bilirsiniz ilk naviqatorlar necə olub? Bu barədə qısa məlumat verəcəyik.
İlk naviqator 1920-ci ildə hazırlanıb. Saata bənzəyən Plus Fours Routefinder qurğusuna xəritə daxil idi. Ünvan əllə müəyyənləşirdi.
Qeyd edək ki, bu ixtiradan 90 il sonra həmin funksiyanı müxtəlif markalı saatlar yerinə yetirməyə paylaşıb.
/faktxeber.com