Bakıda hava limanı istiqamətində gedən yolun Sabunçu rayonu ərazisinə düşən hissəsində piyadanı avtobus vurub.
“Report”xəbər verir ki, 17 yaşlı Vəliyev Vüsal Taryel oğlu sürət həddi 120 km/saat olan yolda yerüstü piyada keçidindən istifadə etməyərək, piyadalar üçün müəyyən edilməmiş yerdən keçib.
Nəticədə özəl şirkətlərin birinə məxsus “Hyundai” markalı sərnişin avtobusu onu vurub. Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.