Zaqatalada piyadanı maşın vurub.AvtoReyd.Az ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə axşam saat 20:30 radələrində Şəki-Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonu Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib. Balakən rayon sakini Şaban Ramazan oğlu Laçınov idarə etdiyi “Mersedes Vito” markalı 99 XZ 031 dövlət nömrə nişanlı kiçiktutumlu mikroavtobusla Balakən rayonu stiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 49 yaşlı Zaqatala rayonu Çobankol kənd sakini Kamal Fazil oğlu Abdilovu vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Kamal Abdilov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən Kamal Abdilovun vəziyyəti orta-ağır qiymətləndirilir. Qeyd edək ki, Kamal Abdilov 2016-cı ilin sonuna kimi Zaqatala rayon Polis Şöbəsində polis nəfəri kimi çalışıb, hazırda təqaüddədir. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
Mikroavtobus keçmiş polisi vurdu: vəziyyəti ağırdır – VİDEO
Categories:
Related Post
Bakının 7-ci mikrorayon ərazisində zəncirvari qəza (Foto)Bakının 7-ci mikrorayon ərazisində zəncirvari qəza (Foto)
Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yerləşən Şövkət Məmmədova, Abay Kunanbayev və Süleyman Sani Axundov küçələrinin kəsişməsində zəncirvari qəza baş verib. Hadisə şahidlərinin AvtoReyd.Az-a verdiyi məlumata görə,qara rəngli Pikap,ağ Niva və boz
Neftçilər metrosu yaxınlığında maşın aşıb (Video)Neftçilər metrosu yaxınlığında maşın aşıb (Video)
Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib. AvtoReyd.Az Minval.info-ya istinadən xəbər verir ki, qəza “Neftçilər dairəsi”nin yaxınlığında qeydə alınıb. Belə ki, VAZ “2107” markalı avtomobilin sürücüsü idarə etməni itirərək qəza törədib.
Rusiyada içərisində azərbaycanlıların da olduğu mikroavtobus aşıb, 2 nəfər ölübRusiyada içərisində azərbaycanlıların da olduğu mikroavtobus aşıb, 2 nəfər ölüb
Rusiyanın Stavropol əyalətində baş verən yol qəzasında 2 nəfər ölüb, 4 nəfər yaralanıb. “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə iyulun 22-si Budennovski rayonunda baş verib. Stavropol istiqamətində hərəkətdə