Avtoreyd.Az Dörd çarx 175 nömrəli marşrut xətti üzrə yeni dayanacaq məntəqəsində yol nişanları qoyulub (Foto)

175 nömrəli marşrut xətti üzrə yeni dayanacaq məntəqəsində yol nişanları qoyulub (Foto)


175 nömrəli marşrut xətti üzrə sərnişindaşımanın mövcud qaydalara uyğun təşkili məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib.

AvtoReyd.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

Məlumata görə, bu xətt üzrə Hövsan şosesi və Hövsan qəsəbəsində marşrut xətti üzrə 27 dayanacaq məntəqəsində müvafiq yol nişanları qoyulub.

“Dayanacaq məntəqələrindən 15 ədədi yeni təşkil edilib. Sərnişinlərin rahat şəkildə “BakıKart” əldə etməsi eyni zamanda kart balanslarını artıra bilməsi üçün 6 məntəqədə “MilliÖn” terminalları quraşdırılıb”, – deyə M.Ağayev bildirib.

 

Related Post

Sərnişinlər 107 saylı marşrutdan narazıdır – “Avtobuslar on beş dəqiqəlik yolu bir saata gedirlər” (Video)Sərnişinlər 107 saylı marşrutdan narazıdır – “Avtobuslar on beş dəqiqəlik yolu bir saata gedirlər” (Video)

Bakıətrafı qəsəbələrə hərəkət edən 107 saylı sərnişin avtobusu adətən 15 dəqiqəyə gedilən yolu 45 dəqiqəyə və ya bir saata gedir. Bunu sərnişinlər iddia edir. Bildirirlər ki, avtobusda həmişə sıxlıq olur,