Avtoreyd.Az Dörd çarx Azərbaycan ötən il avtomobil idxalını 2 dəfədən çox artırıb

Azərbaycan ötən il avtomobil idxalını 2 dəfədən çox artırıb


Azərbaycana 2017-ci ildə avtomobil idxalı 2016-cı illə müqayisədə 7 352 ədəd və yaxud 127,95% (2,3) artıb.

Dövlət Gömrük Komitəsindən (DGK) “Report”a verilən məlumata görə, 2016-cı ildə xaricdən Azərbaycana 5 746 ədəd avtomobil gətirildiyi halda, ötən ildə 13 098 ədəd avtomobil idxal olunub.

Məlumata görə, ölkəyə gətirilən avtomobillərin 187 ədədi, yaxud 1,43%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 11 610 ədədi, yaxud 88,64%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 227 ədədi və ya 9,37%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 74 ədədi, yaxud 0,57%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Əvvəlki ilə nisbətən sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 91 ədəd, yaxud 94,79% artıb, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 2,3 dəfə, yaxud 6 619 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 656 ədəd, yaxud 2,15 dəfə artıb. Lakin xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 14 ədəd, yaxud 15,91% azalıb.

Related Post

Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolu yenidən qurulurŞəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolu yenidən qurulur

Şəmkir rayonunun Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılır, bu barədə AvtoReyd.Az – a