Avtoreyd.az bildirir ki, hadisə Trabzon aeroportunda baş verib. Pegasus Airlines aviaşirkətinə məxsus təyyarə az qala sahildəki yamacdan Qara dənizə düşəcəkmiş.
Ankaradan gələn “Boinq”, hava limanında endikdən sonra uçuş-enmə zolağından kənara çıxıb və dənizdən cəmi bir neçə metr aralıda gilə batıb. Hadisə zamanı təyyarənin göyərtəsində 162 sərnişin və 6 ekipaj üzvü olub. Onların hamısı təxliyyə olunub. Trabzonun beynəlxalq aeroportu işini yalnız növbəti gün səhər davam edib.