Avtoreyd.Az Gündəm Yanlış protokol, yoxsa məlumatsız sürücü? (Video+Foto)

Yanlış protokol, yoxsa məlumatsız sürücü? (Video+Foto)


İzləyicilərdən birinin protokolla bağlı Avtoreyd.az saytına daxil olan müraciətinə əsasən Bakının 28 May və M. Zeynalabdiyev küçələrinin kəsişməsində olduq. Vətəndaşa gələn protokolda qeyd olunub ki, o, həmin ünvanda quraşdırılan 1.18 nişanlama xəttinin tələbini pozduğuna görə, İXM-nin 327.1 bəndinə əsasən 40 manat məbləğində cərimə olunub. Maraqlıdır, görəsən protolok tərtib edilib, ünvana göndərilərkən nişanlama xətti ilə nişan arasında olan ziddiyət nədən nəzərə alınmayıb? Belə olduğu halda, cərimə və protolok necə tərtib olunub? Nəzərə alaq ki, sürücülərimiz arasında öz hüquqlarını bilməyən, internetdən istifadə etməyi bacarmayan şəxslər kifayət qədər çoxdur. Deməli, büdcə məhz bu sürücülərin hesabına doldurulacaq? YHQ-nun 69-cu maddəsində açıq şəkildə qeyd olunub ki, nişanlama xətti ilə nişan arasında heç bir ziddiyyət ola bilməz. Əgər varsa, dərhal aradan qaldırılmalıdır. Buna görə heç bir sürücü məsuliyyət daşımır və səbəbdən vətəndaşa cərimə tətbiq oluna bilməz. Mövzu ilə bağlı sözügedən əraziyə yenidən baxış keçirəcəyik. Vətəndaşa gələn protokola gəldikdə isə, həmin sənəd çox güman ki, ləğv ediləcək.

Əslində 1.18 nişanlanması 4-cü qrup nişanlarla yox, 5.8.1 nişanı ilə tətbiq olunmalıdır, həm də 1.18 ən azı iki dəfə təkrar çəkilməlidir. İndiki kimi olanda sürücü görmür və bu halda səhvə yol verə bilər.Qeyd edək ki, yollarda tətbiq olunan nişanlar, nişanlamalar və digər texniki vasitələr qanunvericiliyə uyğun olaraq tətbiq edlməlidir. Bəzən bu məsələdə  ciddi nöqsanlara yol verilir. Bu mövzuda hər hansı özfəaliyyətdən söhbət belə gedə bilməz.

Related Post