Yanvarın 1-dən etibarən tütün məmulatlarından istifadəni məhdudlaşdıran qanun qüvvəyə minib.
Bununla da bir sıra məkanlarda, həmçinin ictimai nəqliyyatda siqaret çəkmək qadağan edilib. Lakin qanunun tətbiq edilməyinə baxmayaraq, gün ərzində avtobus sürücülərinin sükan arxasında siqaret çəkdiyini müşahidə edirik. Sərnişinlərin sərt reaksiyalarına məhəl qoymayan sürücülər siqaret çəkməyə davam edirlər. Sərnişinlərdən birinin paytaxtın 66 saylı marşrutunda fəaliyyət göstərən avtobuslardan birində çəkdiyi və AvtoReyd.Az-ın votsap nömrəsinə göndərdiyi görüntü avtobuslarda bu tələblərə riayət edilmədiyini açıq göstərir.
AvtoReyd.Az görüntünü təqdim edir: