Avtoreyd.Az Dörd çarx 214 saylı avtobusda basabas – problem hələ qalmaqdadır – VİDEO

214 saylı avtobusda basabas – problem hələ qalmaqdadır – VİDEO


Marşrut avtobusları ilə sərnişinlərin daşınması sahəsində problemlər qalmaqdadır. Baxmayaraq ki, müxtəlif tədbirlər görülür.

Xezerxeber.az məlumat verir ki, paytaxtın mərkəzi hissələrində əhaliyə müasir avtobuslar xidmət göstərsə də, Bakının ətrafındakı qəsəbələrin əhalisi onlar qədər şanslı deyillər.

Məsələn, Yasamal- Ramanı marşrutu üzrə hərəkət edən 214 saylı avtobusda bu problem hələ də mövcuddur. Soyuq qış günləri olmasına baxmayaraq, həddindən artıq sərnişin yığan sürücülər bəzən qapıları bağlamaqda çətinlik çəkir. Nəticədə sərnişinlər açıq qalmış qapıdan sallanmış formada gedir. Hər dəqiqə təhlükəli vəziyyətin yaranması bir tərəfə, üstəlik, soyuq hava avtobusun içində sərnişinlərin üşüməsinə səbəb olur. Videonu  “Xəzər Xəbər”in votsap nömrəsinə göndərən sərnişinlər bu vəziyyətin hər gün yaşandığını deyirlər.

http://www.youtube.com/watch?v=3WrW_EHrrXg

Related Post

Bakı-Hacıqabul hissəsində sədlərinin təmiri işləri aparılırBakı-Hacıqabul hissəsində sədlərinin təmiri işləri aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinindən AvtoReyd.Az-a verilən məlumata görə,avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Hacıqabul hissəsində qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik