Marşrut avtobusları ilə sərnişinlərin daşınması sahəsində problemlər qalmaqdadır. Baxmayaraq ki, müxtəlif tədbirlər görülür.
Xezerxeber.az məlumat verir ki, paytaxtın mərkəzi hissələrində əhaliyə müasir avtobuslar xidmət göstərsə də, Bakının ətrafındakı qəsəbələrin əhalisi onlar qədər şanslı deyillər.
Məsələn, Yasamal- Ramanı marşrutu üzrə hərəkət edən 214 saylı avtobusda bu problem hələ də mövcuddur. Soyuq qış günləri olmasına baxmayaraq, həddindən artıq sərnişin yığan sürücülər bəzən qapıları bağlamaqda çətinlik çəkir. Nəticədə sərnişinlər açıq qalmış qapıdan sallanmış formada gedir. Hər dəqiqə təhlükəli vəziyyətin yaranması bir tərəfə, üstəlik, soyuq hava avtobusun içində sərnişinlərin üşüməsinə səbəb olur. Videonu “Xəzər Xəbər”in votsap nömrəsinə göndərən sərnişinlər bu vəziyyətin hər gün yaşandığını deyirlər.