Avtoreyd.Az Maraqlı Avstraliyanın yük avtomobili idarə edən 26 yaşlı ən seksual xanım sürücüsü (Fotolar)

Avstraliyanın yük avtomobili idarə edən 26 yaşlı ən seksual xanım sürücüsü (Fotolar)


Avtoreyd.az bildirir ki, 26 yaşlı Bleyz Uilyams artıq 7 ildir ki, uzaq mənzilli yük avtomobili sürür. Avstraliya düzlərində 18-təkərli yük avtomobili idarə edən gözəlçə, asudə vaxtlarında kamera qarşısına keçmək üçün fotoqraflara da zaman ayırır. Peşəkar sürücülərin ona şübhə ilə yanaşmasına baxmayaraq, Bleyz məhz yük maşını sürməyi özünün əsas işi hesab edir.

Zamanında ağır yük daşıyan yük maşınları üçün avtoyuma məntəqəsində işləməyə başlayan xanım, elə iş yerində də qoşqusu olan böyük 18-təkərli yük avtomobilinə aşiq olub.

19 yaşında sürücülük vəsiqəsi alan Bleyz Uilyams, tez bir zamanda avstraliyalı uzaq mənzilli yük maşınları sürücülərinin öz adamına çevrilib.

Barbi üslubunun pərəstişkarı olan Bleyzə peşəkar fəaliyyəti qətiyyən mane olmur.

Statistikaya görə, Avstraliyada hər 100 yük avtomobili sürücüsündən yalnız üçü qadındır. Bununla belə yenə də ölkədə yük nəqliyyatı  sürücülərinin çatışmazlığı hiss olunur.

Related Post