Avtoreyd.az bildirir ki, Qazaxıstanın sənaye mərkəzi olan Temirtau şəhərinə qara qar yağıb. Yerli sakinlər güman edirlər ki, bunun səbəbkarı şəhər daxilində yerləşən polad tökmə zavodudur.
Avropa kosmik agentliyinə məxsus Sentinel-2 peyki ilə çəkilən şəkillərdən də aydın görünür ki, şəhərin üzərində qara tüstü var.
Tərcümədə “Dəmir dağ” mənası verən Karakanda vilayətində yerləşən Temirtau şəhəri, ölkənin ən böyük metallurgiya mərkəzi ilə əlaqəlidir.