Avtoreyd.az bildirir ki, 50 illik yolsuzluq avtomobilini dəyişmək üçün britaniyalı təqaüdçü Frank Rotvellə 400 saatdan çox vaxt və 24 000 funt sterlinq lazım olub.
Britaniyalı pensioner Frank Rotvell gündəlik səfərləri üçün köhnə Land Roveri buxar mühərriki ilə təchiz edib.
Buxar Land Roverinin maksimal surəti saatda 24 km-dən çox deyil.
Yaxın vaxtlarda Oldhemdən olan 67 yaşlı sürücü öz “parovozunu” “North West Car Fest” festivalında nümayiş etdirmək niyyətindədir.