Avtoreyd.az bildirir ki, ekoloji taxta evlər tikən Kanadanın “Pioneer Log Homes” şirkəti, avtomobil istehsalı ilə məşğul olmağa qərar verib. Şirkət çox qeyri-adi dizaynda maşın buraxıb.
Avtomobil demək olar ki tamamilə təmiz Kanada qırmızı sidrindən hazırlanıb, hərəkətə isə elektrik motorları ilə gətirilir. Maşının konstruksiyasında köhnə Mazda RX-8-in detallarından istifadə edilib. Çəkisi 1000 kiloqram olan elektrokar, saatda demək olar ki, 76 km-ə qədər sürət artıra bilir.
Ən maraqlısı odur ki, istənilən şəxsin bu elektrik avtomobili almaq imkan var. Çünki tezliklə onu ABŞ-dakı Barrett-Jackson hərracında satışa çıxaracaqlar.