Avtoreyd.az bildirir ki, Braziliyada, Rio-de-Janeyronun bahalı rayonunda yaşayan, təmiz havadan həzz alaraq, demək olar ki, çimərlikdə bütün vaxtını keçirən Marsio Mizael Matolias, bunun üçün heç bir icarə haqqı ödəmir.
Bunun sirri çox sadədir — 22 il əvvəl yerli sakinlərin “çimərlik kralı” ləqəbi verdikləri Marsio Mizael Matolias, özü üçün qumdan qəsr tikərək, orada yerləşib. 44 yaşlı Marsio özünün kral adlandırılmasını çox sevir və məmnuniyyətlə taxt-tacı ilə birgə qəsri qarşısında şəkil də çəkdirir.
Digər hökmdarlardan fərqli olaraq, kral Marsio Mizael Matolias, qəsrində istənilən təmir işlərini özü edir. Bundan başqa, o, bu qeyri-adi evi quruyub dağılmasın deyə, qəsrini müntəzəm olaraq sulayır.
Kralın qəsri öz ölçüləri ilə görənləri elə də təəccübləndirmir, axı o cəmi 3 kvadrat metrlik ərazini əhatə edir. Qəsrin daxilinin çox hissəsini kitablar tutur, çünki kral Marsionun həyatda üç əsas sevgisi var: mütaliə etmək, qolf oynamaq və balıq tutmaq.
Heç kəsi olmayan 44 yaşlı kral deyir ki, tənha olsa da, xoşbəxt yaşayır. Lakin isti Braziliya gecələrində qəsrini tərk etməyə məcbur qaldıqda, dostlarından birinin evində gecələyir. Digər hallarda isə qumdan olan evini, heç nəyə dəyişmək niyyətində olmadığını deyir.