Avtoreyd.Az Maraqlı 9 saat ərzində çəkilən yeni dəmir yolu xətti (Video)

9 saat ərzində çəkilən yeni dəmir yolu xətti (Video)


Avtoreyd.az bildirir ki, çinli işçilər yenidən fantastik effektivlik nümayiş ediblər: yanvarın 19-dan 20-nə keçən gecə onlar Çinin cənubunda yerləşən Fuszyan əyalətinin Lunyan şəhərində Nanlun şəhərinin yeni dəmir yolu vağzalı üçün dəmir yolu qovşağı çəkiblər.

1500 nəfərin cəlb edildiyi iş 9 saata yaxın vaxt aparıb.  İşçilər üç böyük xətti-Qanlun, Qanjuylun və Djanlun dəmir yollarını Nanlunun yeni xəttiylə birləşdiriblər. Onlara bu işdə 23 ekskavator yardım edib.

Bu müddət ərzində yol nəinki  çəkilib, həm də işə tamamilə hazır olub: yeni xətt boyunca işıqforlar və hərəkətin monitorinqi üçün vasitələr də quraşdırılıb.

Layihənin belə qısa müddət ərzində ərsayə gəlməsinin səbəbi, həm də işçilərin eyni anda müxtəlif işləri yerinə yetirə bilməsi üçün yeddi briqadaya bölünməsi olub.

http://www.youtube.com/watch?v=yJzPdfGz01A

Related Post

Niderlandlarda Renault Twingo-nun damında sürücü fənər sütunlarını daşıyıb (Foto)Niderlandlarda Renault Twingo-nun damında sürücü fənər sütunlarını daşıyıb (Foto)

Azərbaycanda avtomobilin üzərində nəyi desən daşıyırlar,mebeldən tutmuş tikinti materiallarına kimi. Amma bu yaxınlarda Niderlandın Lelystad şəhərinin polisini qeyri-adi yol-nəqliyyat hadisəsi haqqında məlumat yayıb. Şəkildə aydın görünür ki,kiçik Renault Twingo-nun üzərində

Kriştianu Ronaldu avtoqrafını pərəstişkarının pasportunda qeyd edib (Video)Kriştianu Ronaldu avtoqrafını pərəstişkarının pasportunda qeyd edib (Video)

Avtoreyd.az bildirir ki, bazar günü, iyunun 18-də, Tatarıstanın paytaxtı Kazan şəhərində Portuqaliya yığması Meksikayla Konfederasiyalar Kubokun uğrunda yarışacaq. Kriştianu Ronaldonun şəhərə gəliş görünməmiş ajiotaj doğurub. Mehmanxananın yanında öz pərəstişgalarını gözləyən azarkeşlər,