Makakalar Taylandın iki kəndini talan edib.
South China Morning Post-un verdiyi məlumata görə, hadisə Sisaket əyalətində baş verib. Bildirilir ki, 3 mindən artıq heyvan yaşayış məntəqəsinə giriblər və yerli sakinlərin evlərinə soxularaq hər şeyi dağıdıb, soyuducuları boşaldıblar. Taylandlılar çıxış yolunu qapı və pəncərəni bağlamaqda görsələr də, meymunlar ventilyasiya yolu evlərə giriblər.
Nəşr bildirir ki, meymunların belə davranışı onların populyasiyasının artması ilə izah olunur, belə ki, onlar ənənəvi qida mənbələrini tükədiblər./faktxəbər