Avtoreyd.az bildirir ki, yol-nəqliyyat hadisəsi Rusiyanın Yaroslavl şəhərində baş verib.
Yolsuzluq avtomobilinin sürücüsü, qadını düz piyada keçidində vurduqdan sonra, hadisə yerindən qaçıb. Amma maraq doğuran hal, zərər çəkmişin özünün reaksiyasıdır. Avtomobilin onu bir neçə metr uzağa tullamasına baxmayaraq, qadın heç nə olmamış kimi ayağa qalxaraq, onu vuran şəxs tərəf baxmadan belə, soyuqqanlı şəkildə yoluna davam edib.
Yerli KİV-in məlumatına görə, zərər çəkmiş, travmatologiya məntəqəsinə müraciət edib, həkimlər ona, diz oynaqlarının zədələnməsi diaqnozunu qoyublar. Sürücünün hər hansı cəza alacağı isə hələlik məlum deyil.